ABŞ-da koronaviruslu xəstə sayı 100 mini keçdi - Dövlət Depertamenti xarici ölkələrdə tibb işçiləri axtarışına çıxıb

  • 01:24 - 28 Mart

Kovid-19 epidemiyasının ən çox yayıldığı ölkəyə çevrilən ABŞ-da koronaviruslu xəstələrin sayı 100 mini keçib. 

Avropa.info xəbər verir ki, səhiyyə sisteminin bahalı və qeyri-kafiliyi ilə tənqid olunan ABŞ-da koronaviruslu xəstələrin sayı sürətlə artarkən, ölkə tibb işçiləri və avadanlıqların çatışmamazlığından narahatdır. 
 

Epidemiyanın sürətlə yayılmasından narahat olan ABŞ hökuməti problemin qarşısını almaq üçün yeni bir addım atib. ABŞ Dövlət Departamenti rəsmi tvitter səhifəsindən yaydığı açıqlamada, ölkə xaricindən ABŞ-da işləmək istəyən tibb işçiləri dəvət etdiklərini bildirib.

"Xüsusən də kovid-19 problemi ilə bağlı ABŞ-da işləmək istəyən tibb işçilərinə müraciət edirik. Ölkələrinizdəki ABŞ səfirliyi və ya konsulluğuna müraciət etmək yetərlidir ki, sizə viza verək" - ABŞ Dövlət Depertamentinin açıqlamasında belə deyilir. 


Oxunma sayı: 5039

Oxşar yazılar