Azərbaycanda balıq məhsullarının satışı üzrə bazarların təşkili üçün torpaq sahələri ayrılacaq

  • 22:15 - 27 Mart

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.

Avropa.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsində əksini tapıb.

Beləliklə, nazirlik şəhərlərdə və Xəzər dənizinin sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verəcək.

 


Oxunma sayı: 6260

Oxşar yazılar