Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatıb

  • 22:00 - 27 Mart

Türkiyədə son 24 saat ərzində 47 min 723 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da xəstəlik aşkarlanıb. Hazırda Türkiyədə ümumi xəstə sayı 5 min 698 nəfərə yüksəlib. Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir müalicə alanlardan 344-ün reanimasiya şöbəsində olduğunu deyib. Bu müddət ərzində 42 nəfər sağalaraq evə buraxılıb.

 


Oxunma sayı: 3246

Oxşar yazılar