DİN-də karantin rejimilə bağlı “qaynar xətt” yaradıldı

  • 20:00 - 27 Mart

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılmışdır.

DİN-in Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür. 


Oxunma sayı: 5875

Oxşar yazılar