Ölkəyə idxal edilən bəzi tibbi məhsullar əlavə dəyər vergisindən azad edildi - Fərman

  • 19:45 - 27 Mart

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb.

Avropa.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

S/SKodXarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
28.3926200001Baxillər
29.4015190001Steril və qeyri-steril əlcəklər
30.6307909801Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.


Oxunma sayı: 2729

Oxşar yazılar