Zərdabda Həsən bəy Zərdabi adına parkda yenidənqurma işləri davam etdirilir - Foto

  • 18:31 - 27 Mart

Zərdab şəhərindəki Həsən bəy Zərdabi parkında yenidənqurma işləri həm sürətlə, həm də keyfiyyətlə davam etdirilir. 
Burada müasir tipli fəvvarə və giriş qapısı, daş oturacaqlar, uşaq əyləncə mərkəzi inşa olunur, H.Zərdabinin heykəlinin yerləşdiyi meydan da yenidən qurulur.
Parkda yaşıllaşdırma işlərinə də başlanmış, ilk mərhələdə 100-dən artıq şam ağacı əkilmiş və suvarılmışdır, işlər uğurla davam etdirilir.
İnsanlar, uzun illər baxımsızlıq üzündən bərbad vəziyyətə düşən parkın bu günlər göz önündə simasını tamamilə dəyişməsindən, Milli Mətbuatımızın banisinin adına və ideyalarına layiq görkəm almasından, inşaatçıların ürəklə, H. Zərdabiyə sevgi ilə çalışmalarından və rayon rəhbərinin bu işə ciddi önəm verməsindən məmnundurlar. Onlar çox sevinirlər ki, bu park tezliklə, Milli Mətbuatımızın banisinin adına layiq olan gözəl istirahət məkanına çevriləcək. 
Bütün bunlara görə hər kəs dövlətimizin başçısı cənab İlham Əliyevə, eləcə də Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə minnətdarlıq edirlər.
Əllərinizə sağlıq, inşaatçı qardaşlarımız və bu parkın tikilməsində zəhməti olan dəyərli insanlar

 

Avropa.info/Coşqun Abdullayev


Oxunma sayı: 9956

Oxşar yazılar