Tokio Olimpiadasına qazanılan lisenziyalar ləğv olunmayacaq

  • 14:30 - 27 Mart

Tokio-2020-yə lisenziya qazanmış idmançılar Olimpiadada iştirak hüququnu qoruyacaq.

Avropa.info xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

Qurum beynəlxalq federasiyalarla məsləhətləşmələrdən sonra qərara alıb ki, təxirə salınan Yay Olimpiya Oyunlarına əldə olunan lisenziyalar ləğv olunmasın. Yaponiyada iştirak üçün vəsiqə qazanmış atletlər gələn il baş tutacaq yarışa qatıla biləcəklər. Onlar 2021-ci ildə təşkil keçiriləcək Oyunlar üçün yenidən təsnifat xarakterli turnirlərdə çıxış etməli olmayacaqlar.

 


Oxunma sayı: 6260

Oxşar yazılar