Məşhur rusiyalı müğənni Lev Leşenko koronovirusa yoluxub

  • 14:15 - 27 Mart

Rusiyanın Xalq artisti Lev Leşenkoda koronavirus aşkar edilib.

Avropa.info xəbər verir ki, müğənni Moskva vilayətindəki Kommunarka qəsəbəsində ixtisaslaşdırılmış xəstəxanaya pnevmoniya diaqnozu ilə daxil olub. Xəstəxananın baş həkimi 78 yaşlı Lev Leşenkoda COVID-19 diaqnozunun aşkar edildiyini bildirib.

L.Leşenko xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir. Müğənni müalicəsini xəstəxanada davam etdirir.

Qeyd edək ki, Rusiyada 840 nəfərdə koronavirus aşkar edilib.


Oxunma sayı: 3345

Oxşar yazılar