"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxub

  • 17:45 - 27 Mart

"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.

İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin cavabının müsbət çıxdığını vurğulayıb: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".

 

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.


Oxunma sayı: 8768

Oxşar yazılar