Paytaxt polisi ötən gün 29 cinayətin üstünü açıb

  • 12:30 - 27 Mart

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da 29 cinayətin üstü açılıb. 

Bakı Şəhər Baş Polis İdarəsindən Avropa.info-ya verilən məlumata görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, xuliqanlıq 5, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin edilib. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Oxunma sayı: 6568

Oxşar yazılar