Koronavirusdan ölənlərin sayı 21 mini ötdü

  • 10:30 - 27 Mart

 

Dünyada koronavirus qurbanlarının sayı 21 min nəfəri ötüb.

Avropa.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son 20 saatda dünyada infeksiyaya 465 915 yoluxma təsdiq edilib, 21 031 xəstə virusun qurbanı olub.

COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 


Oxunma sayı: 7745

Oxşar yazılar