Dünya "tərsinə dönür" - Koronavirusun dünyaya yayılmasına səbəb olan Çin xarici vətəndaşlara "gəlməyin" deyir

  • 00:43 - 27 Mart

Çin yeni tip koronavirusun (Kovid-19) artması səbəbindən ölkəyə xarici vətəndaşların girişini  müvəqqəti qadağan edib.

Avropa.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, ölkə girişin qadağan edilməsinin, qaynağı ölkə xaricindən olan Kovid-19 epidemiyasının qarşısının alınması üçün mütədbir olduğu bildirilib. Açıqlamada, qadağanın bazar günündən etibarən qüvvəyə minəcəyi qeyd olunub.
 

"Lakin bu qadağa Çində olan xarici ölkə nümayəndəlikləri əməkdaşlarına, ticarət, texnalogiya və enerji fəaliyyətlərinə aid deyil" - Çin XİN-in bəyanatında belə deyilir. 
 

Qeyd edək ki, koronavirus epidemiyası ilk olaraq Çinin Vuhan əyalətində ortaya çıxaraq bütün dünyaya yayılıb. Çin Milli Səhiyyə Komissiyası 81285 nəfərin bu virusa yoluxduğunu və epidemiya səbəbiylə 3287 adamın öldüyünü açıqlamışdı.
 


Oxunma sayı: 10066

Oxşar yazılar