Teymur Rəcəbovun imtina etdiyi turnir dayandırıldı

  • 20:04 - 26 Mart

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirini dayandırıb. 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya hökuməti sabahdan etibarən digər ölkələrlə hava nəqliyyatını dayandırmaq barədə qərar verib. 

Dünya şöhrətli şahmatçıların və rəsmilərin evlərinə qayıda bilməsi üçün FIDE yeddi turun nəticələrini etibarlı hesab etməklə yarışı dayandırıb. Yarış daha sonra VIII turdan etibarən davam etdiriləcək. 

Bunun üçün yeni tarix daha sonra müəyyənləşdiriləcək. İlk yeddi turun nəticəsinə əsasən səkkiz şahmatçının iştirak etdiyi yarışda Maksim Vaşye-Laqrav (Fransa) və Yan Nepomnyaşi (Rusiya) 4,5 xalla liderdir. 

Qeyd edək ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəl koronavirus səbəbindən bu turnirdə iştirak etməkdən imtina edib. Onu Maksim Vaşye-Laqrav əvəzləmişdi.


Oxunma sayı: 6777

Oxşar yazılar