Malayziya Kralı və kraliçası karantinə yerləşdirildi

  • 19:48 - 26 Mart

Malayziya Kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdiriliblər.

Buna səbəb Kral Sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, Kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb.(trend)


Oxunma sayı: 5622

Oxşar yazılar