Türkiyə Ordusu İraqın şimalında iki şəhid verdi

  • 17:20 - 26 Mart

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində antiterror əməliyyatı aparan birlikləri terrorçuların hücumuna məruz qalıb. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, terrorçuların top atəşi nəticəsində iki hərbçi şəhid olub, ikisi yaralanıb. 

Nazirlik onu da vurğulayıb ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.


Oxunma sayı: 5941

Oxşar yazılar