ABŞ vətəndaşı Ermənistanda virusa yoluxdu - Vəziyyəti ağırdır

  • 13:46 - 26 Mart

Ermənistanda koronavirusa yoluxanlardan biri ABŞ vətəndaşıdır və onun vəziyyəti çox ağırdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyanın sözlərinə görə, reanimasiyaya yerləşirilmiş həmin şəxsin yaşı 75-dən çoxdur. Ağır vəziyyətdə olan digər şəxs isə Ermənistan vətəndaşıdır.

Xatırladaq ki, bu gün səhərə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə çatıb.


Oxunma sayı: 5831

Oxşar yazılar