Gürcüstanda beş uşaq koronavirusa yoluxub

  • 12:28 - 26 Mart

Gürcüstanda beş uşağın koronavirusa yoluxması təsdiqlənib.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

O deyib ki, uşaqların hamısında xətəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.


Oxunma sayı: 4852

Oxşar yazılar