Ərdoğan xalqa müraciət etdi : "Dünya koronavirusdan sonra heç nəyin əvvəlki kimi olmayacağı bir dövrə doğru irəliləyir" (VİDEO)

  • 26 Mar - 2020

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus epidemiyası ilə bağlı canlı yayımla xalqa müraciət edib. 

Avropa.info xəbər verir ki, Ərdoğan xalqı evdə qalmağa səsləyərək, Türkiyənin bu virusla mübarizə üçün iqtisadi və səhiyyə gücünün olduğunu deyib.

"Bu koronavirus təhlükəsini eyni şəkildə millət olaraq dəf edəcəyik. İstər gözlə  görünməz bir virusdurolsun , heç bir düşmən millətimizin birliyindən, birliyindən, gücündən üstün deyil. Bu günlər Habillərlə Qabillərin ayrışdığı gündür. Bu mövzuda millətimizə güvənirik. Hər məsələmizdə olduğu kimi Rəbbimizin bu sıxıntıda da bizə yardım edəcəyinə şübhə etmirik. Rəbbimizin "Sizin xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə xeyir ola bilər" əmri İlahisinin hikmətini bir daha görəcəyik. 

Dünya bu epidemiyadan sonra heç nəyin əvvəlki kimi olmayacağı yeni bir qlobal, siyasi, iqtisadi və sosial sistemin qurulacağı bir dövrə doğru irəliləyir. Türkiyə olaraq bu yeni dövrə çox böyük avantajlarla və güclü bir altyapıyla giririk. Önümüzdəki 2023 hədəflərimizə gözlədiyimizdən daha qısa müddətdə çata biləcəyimiz bir fürsət var. Parlaq sabah bizi gözləyir. Yetər ki, xəbərdarlıqlara əməl edək, səbrli olaq, diqqətli olaq,  özümüzün və ətrafımızın təmizliyinə əhəmiyyət verək. Ehtiyat bizdən, mübarizə bizdən, təqdir Allahdandır" -  Ərdoğan xalqa müraciətində belə deyib. 

 Ərdoğanın xalqa müraciətinin tamamının VİDEOsunu təqdim edirik:


Oxunma sayı: 15676

Oxşar yazılar