Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi

  • 25 Mar - 2020

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.

Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub.


Oxunma sayı: 2597

Oxşar yazılar