Ukraynada karantin dövrü aprelin 24-dək uzadılıb

  • 25 Mar - 2020

Ukrayna Nazirlər Kabineti koronovirusla bağlı karantin dövrünü uzadıb.

Avropa.info xəbər verir ki, Nazirlər Kabineti bu gün keçirdiyi iclasında Ukraynada karantin dövrünü aprelin 24-dək uzadıb.

“Biz Ukraynada karantin və fövqəladə vəziyyəti daha 30 gün, aprelin 24-dək uzatdıq, ancaq bu müddət yenə də uzadıla bilər”, - deyə Baş Nazir Denis Şmıqal deyib.

Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.


Oxunma sayı: 2619

Oxşar yazılar