Türkiyənin Liviyada rəsmən dəstək verdiyi Sərrac hökuməti "Barış Fırtınası Əməliyyatı" başlatdı - Hərbi baza ələ keçirildi, Haftar silahlıları əsir götürüldü

  • 25 Mar - 2020

Birləşmiş Millətlər Təşkilatının Liviyada qanuni hökumət olaraq tanıdığı və Türkiyənin rəsmən dəstək verdiyi Sərrac hökuməti, paytaxt Tripolinin cənubunda dövlət çevrilişinə cəhd edən Haftar güclərinə qarşı əməliyyata başlayıb.

 Avropa.info xəbər verir ki, Sərracın başçılıq etdiyi Milli Barışıq Hökumətinin yaydığı açıqlamada, ölkənin şərqində qanunsuz silahlı birləşmələrə rəhbərlik edən Xəlifə Haftara qarşı bütün cəbhələrdə  "Barış Fırtınası Əməliyyatı" başladıldığı bildirilib.Açıqlamada, Haftar qüvvələri və muzdluların atəşkəsi pozduğu, Tripolidəki mülki yaşayış yerlərini raketlərlə hədəfə aldığı üçün əməliyyatın başlandığı qeyd olunub.Bundan başqa, Haftar qüvvələri dünən Tripolinin cənubundakı Ayn Zara mahalındakı həbsxanaya hücum edərək 3 zabitini yaralayıblar. Son 2 gündə eyni bölgəyə raket zərbələri nəticəsində 6 mülki şəxs həyatını itirib."Barış Fırtınası Əməliyyatı"nın komandiri general-mayor Usamə Cuveyli, Haftarın işğal etdiyi  Liviya Milli Hərbi Hava Bazasını ələ keçirdiklərini və  çoxlu sayda Haftar silahlısını əsir aldıqlarını bildirib.

Qeyd edək ki, ölkədə hərbi çeveiliş etmək istəyən Haftarı Birləşmiş Ərəb Əmirlikləri, Misir və bəzi Qərb dövlətləri dəstəkləyir. Eyni zamanda Rusiyanın muzdlu "Vaqner" qrupu da Haftara dəstək verir. Türkiyə isə BMT-nin rəsmi olaraq tanıdığı Sərrac hökumətini dəstəkləyir.


Oxunma sayı: 7778

Oxşar yazılar