Sabaha gözlənilən hava proqnozu açıqlanıb

  • 17:10 - 25 Mart

Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamentindən Avropa.info-ya verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


Oxunma sayı: 4412

Oxşar yazılar