İnternatda böyüyən uşaqlar işlə təmin olunacaq

  • 25 Mar - 2020

Dövlət internat məktəblərində böyüyən uşaqların işlə təmin olunmaları üçün dəstək verəcək.

Avropa.info xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, tərəflər dövlət uşaq müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin olunmasına köməklik göstərmək öhdəliyini götürüb.


Oxunma sayı: 2718

Oxşar yazılar