Yeni Zelandiya koronavirusla bağlı fövqəladə vəziyyət elan edir

  • 25 Mar - 2020

Martın 25-də gecə yarısından sonra Yeni Zelandiyada yeni növ koronavirusa qarşı mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunacaq.

Avropa.info xəbər verir ki, bu barədə qərar həmin gün daha 50 nəfərin yeni koronavirusa yoluxması barədə məlumat daxil olduqdan sonra qəbul edilib. Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 205 nəfərə çatıb.

Bildirilir ki, fövqəladə vəziyyətin tətbiq edilməsi hökumət strukturlarına yeni koronavirusa qarşı mübarizənin daha da gücləndirilməsi üçün əlavə səlahiyyətlər verəcək.


Oxunma sayı: 2366

Oxşar yazılar