Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb

  • 24 Mar - 2020

Səudiyyə Ərəbistanında COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, bu ölkədə koronavirusa yoluxma halları da artaraq 767 nəfərə çatıb.

İki Müqəddəs Məscidin Xadiminin İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman bin Əbdüləziz Əl Səudun göstərişi ilə Məkkə şəhərindəki Böyük Məscidin qapıları da bağlanılıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Ümrə ziyarətini də qadağan etmişdi.


Oxunma sayı: 2993

Oxşar yazılar