Azərbaycanlı milyarderlər Prezident İlham Əliyevin təşəbbüsünə qoşuldular: 2 milyon manat köçürdülər

  • 24 Mar - 2020

Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər. 

Bu barədə Avropa.info-ya professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib.

“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.


Oxunma sayı: 4731

Oxşar yazılar