Nigeriyada silahlılar hərbçilərə hücum edib - Ən azı 70 hərbçi ölüb

  • 18:27 - 24 Mart

Nigeriyanın şimal-şərqində silahlıkarın hücumu nəticəsində azı 70 hərbçi həlak olub. .

Avropa.info xəbər verir ki,  hücum bazar ertəsi günü Borno ştatında baş verib. Silahlılar hərbi qulluqçuları daşıyan yük maşınını atəşə tutublar. Hücumda qranatomyot və ağır silahlardan istifadə olunub. Bundan başqa, bir neçə yaralı əsgərin silahlılara əsir düşdüyü bildirilir.

Hücumun ölkədə fəaliyyət göstərən "Boko haram" qruplaşmasının işi olduğu güman edilir.


Oxunma sayı: 2993

Oxşar yazılar