Türkiyə ordusundan Əsəd rejiminə qarşı yeni həmlə

  • 16:18 - 24 Mart

Türkiyə  İdlibdəki Əsəd güclərinə və İranlı milislərə qarşı qərarlı addımlar atır

Avropa.info bildirir ki, bu barədə ərəb xəbər saytı waseelatv.com-da nəşr olunan analiz xəbərdə qeyd olunub.

Xəbərdə bildirilir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimal-qərbindəki mövcudluğunu gücləndirib və Əsəd qüvvələri atəşkəs razılaşmasını pozmaqda davam etdikdən sonra yeni əməliyyatlara başlayıb.

Sahədəki mənbələrinə istinadən sayt yazır ki, TSQ İdlibin qərbindəki Cisr əl-Şuğur şəhəri yaxınlığında bir neçə yeni müşahidə məntəqəsi qurub.

Mənbələr əlavə edib ki, Türkiyə müşahidə məntəqələrinin yaradılması bölgəyə Əsəd qüvvələri və İran milislərinin əlavə olunması ilə üst-üstə düşür.

Mənbələrə görə, Türkiyə ordusu hərbi mövcudluğunu gücləndirmək üçün "Əl-Mersifeh", "Tel Xattab" və "Əl-Zainiya" kəndlərində üç yeni hərbi nöqtə yaradıb.

Eyni mənbələrə görə, Türkiyə ordusu "Cisr əl-Şuğur" yaxınlığında daha çox müşahidə nöqtələri quraraq İdlibə hərbi yerləşdirmə planlaşdırır.

Bu əməliyyatlar Əsəd qüvvələri və İran hərbçiləri İdlibdə atəşkəs razılaşmasını pozmaqda davam etdikdən sonra baş verir.

Qeyd edək ki, artileriya və Əsəd qüvvələri İdlibin cənubundakı əl-Fəturanı, İdlibin qərbindəki Kafr Şalis və Lazkiyənin şimalındakı əl-Xader və əl-Hədda məntəqələrini hədəf alıb.

Türk ordusu bu yaxınlarda İdlib, Hələb və Hama bölgələrinə səpələnmiş 40-dan çox müşahidə məntəqəsi qurub.

Xatırladaq ki, Türkiyə və Rusiya liderləri İdlibdə atəşi dayandırmaq və M4 magistral yolundan 6 km şimal və cənubda etibarlı bir dəhliz qurmaq barədə razılığa gəliblər.


Oxunma sayı: 4302

Oxşar yazılar