Britaniyada koronavirusa yoluxanların sayı 6,6 min nəfəri keçib

  • 24 Mar - 2020

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı, demək olar ki, 1000 artaraq 6,6 min nəfəri keçib.

Bu barədə ölkənin Səhiyyə və Sosial Məsələlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ölənlərin sayı 54 nəfər artaraq 335-ə çatıb.

“Martın 23-də səhər saat 9-da Birləşmiş Krallıqda 83 945 nəfər koronavirus infeksiyası üçün sınaq testlərindən keçib. 77 295 halda test nəticələri mənfi, 6650 halda isə müsbət oldu", - sənəddə deyilir. (apa)


Oxunma sayı: 2190

Oxşar yazılar