Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub

  • 12:05 - 24 Mart

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəticələri mənfi oldu.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə açıqlayıb.

“Bəli, onun vəziyyəti əladır, nəticələr neqativdir”, - deyə Tramp jurnalistlərin onun xanımının koronavirus testindən keçib-keçməməsi ilə bağlı sualının cavabında bildirib.

Trampın özü isə 14 martda yoxlamadan keçib və nəticələrin mənfi olduğu qeyd edilib.(apa)


Oxunma sayı: 2762

Oxşar yazılar