65 yaşdan yuxarı tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər

  • 23:08 - 23 Mart

Ölkədə xüsusi karantin rejimi elan olunmasına baxmayaraq, 65 yaşdan yuxarı tibb işçiləri fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 23-də koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi rejimin tətbiq edilməsi haqda qərar qəbul edib. Qərara əsasən Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Qərarda, həmçinin bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi qeyd olunub.


Oxunma sayı: 3136

Oxşar yazılar