Hikmət Hacıyev: "Dövlət və medianın birgə əməkdaşlığı sayəsində vətəndaşa düzgün məlumatlar çatdırılır"

  • 23:00 - 23 Mart

Dövlət və medianın birgə əməkdaşlığı sayəsində vətəndaşa dolğun, düzgün məlumatlar çatdırılır.

Avropa.info xəbər verir k, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

H. Hacıyev deyib ki, dövlətlə bərabər, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vəzifə var: “Xüsusi karantin rejimi hər bir vətəndaşın məsuliyyətini artırır. Sosial məsafələr və distansiyalar saxlanılmalıdır. Bu xəstəliyin hələ tibbi müalicəsi yoxdur. Ona görə də dövlətlər tərəfindən administratə iv tədbirlər həyata keçirilir. Digər dövlətlər tərəfindən Azərbaycanın indiyə qədər olan təcrübəsi öyrənilir. Müxtəlif ölkələr tərəfindən artıq bizə müraciətlər olub”.

H. Hacıyev koronavirus təhlükəsi ilə mübarizdə mediaya da təşəkkür edib: “Medianın kommunikasiya qurulmasına böyük rolu var. Dövlət və medianın birgə əməkdaşlığı sayəsində vətəndaşa dolğun, düzgün məlumatlar çatdırılır. Bundan sonra da medianın bu müstəvidə əməkdaşlığı davam etdirməsi çox vacibdir”.


Oxunma sayı: 7272

Oxşar yazılar