Türkiyə Səhiyyə naziri: “Ağır xəstələri 4 günə müalicə etdiyi iddia olunan dərman Türkiyəyə gətirilib”

  • 23 Mar - 2020

“Bu gündən etibarən Çində tətbiq olunan özəl bir dərman preparatı Türkiyədə istifadə olunub. Bu gün səhər gətirilib. Xüsusilə səhhəti ağır olan xəstələrin müalicəsində istifadə ediləcək. Bu preparat vasitəsilə 11 və ya 12 günə müalicə olunacaq xəstənin 4 günə müalicə edilə biləcəyi iddia olunur, nəticələrinə baxacağıq”. 

Avropa.info apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirilən mətbuat konfransında bildirib. 

Nazir qeyd edib ki, bu preparatın Türkiyəyə yetərincə gətirilməsi üçün Türkiyədəki Çin səfiri ilə görüşüb. Onun sözlərinə görə, təhlükəli virusa yoluxanlar arasında səhhətləri yaxşılaşanlar da var: “Bu statistika ilə bağlı yaxın zamanlarda açıqlama veriləcək”. 

Fəxrəddin Qoca Türkiyədə tibb işçiləri arasında da müayinə nəticələri pozitiv olanların olduğunu da açıqlayıb.  Qeyd edib ki, Türkiyədə koronavirusdan ölənlər yaşlılardır, xəstələrin ölüm səbəbi yalnız koronavirus deyil, həm də bir çox ağır diaqnozlu xəstəlikləri, müqavimətlərinin zəif olmasıdır. 

Fəxrəddin Qoca hazırda virus nəticələri pozitiv çıxan xəstələrin müalicəsində, ABŞ Prezidentinin də “fayda gördük” deyərək nəzərdə tutduğu dərmandan daha öncə də Türkiyədə istifadə olunduğunu əlavə edib. Nazir onu da vurğulayıb ki, Türkiyə tibbi tənəffüs sistemi ləvazimatının istehsalına başlayacaq.


Oxunma sayı: 8108

Oxşar yazılar