Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb

  • 23 Mar - 2020

Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxışı məhdudlaşdırılıb.

Bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.


Oxunma sayı: 2520

Oxşar yazılar