İranda təbii fəlakət baş verib

  • 23 Mar - 2020

İranın Sistan-Bəlucista, Fars, Buşəhr, Hörmüzqan, Çaharmahal vilayətlərində aramsız yağan yağışlar nəticəsində sel meydana gəlib. 
Avropa.info xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər həlak olub, 2 nəfər itkin düşüb. Yuxarıda adı çəkilən vilayətlərdə infrastruktur bərbad vəziyyətə düşüb. Yollara, yaşayış və inzibati binalara böyük zərər dəyib. 

Bir sıra şəhərlərdən insanlar evakuasiya edilib.


Oxunma sayı: 2740

Oxşar yazılar