Misir ordusunun generalı koronavirusdan həyatını itirib

  • 19:50 - 23 Mart

Misir ordusunun generalı Xalid Şəltut Silahlı Qüvvələrin hissələrinin paytaxt Qahirədə apardığı dezinfeksiya işlərinə nəzarət edərkən koronavirusa yoluxub.

Avropa.info xəbər verir ki, xəstəxanada vəfat edən general-mayor bütün ölkədə dezinfeksiya işlərinin aparılmasına rəhbərlik edirdi. Misir Müdafiə Nazirliyinin mətbuat katibi Tamer əl-Rəfai də onun nəzarəti ilə Tahrir meydanındakı metro stansiyasında görülən tədbirləri sosial mediada paylaşmışdı.

  •  

 

Misir Silahlı Qüvvələrinin komandanlığı general-mayor Xalid Şəltutun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.


Oxunma sayı: 3279

Oxşar yazılar