Tramp koronavirus üçün dərman tövsiyyə etmişdi - Dərmandan istifadə edən 3 nəfər zəhərlənmə ilə təcili xəstəxanaya çatdırıldı

  • 23 Mar - 2020

Nigeriyada, ABŞ prezidenti Donald Trampın koronavirusun müalicəsi üçün təklif etdiyi bir dərmandan istifadə edən 3 nəfər zəhərlənib. 

Avropa.info xəbər verir ki, CNN International-ın yaydığı bir xəbərə görə, Nigeriyanın paytaxtı Laqosda yaşayan üç nəfər Trampın tövsiyə etdiyi dərmandan yüksək dozada istifadə etdikləri üçün təcili xəstəxanaya aparılıblar. Nigeriya rəsmiləri bu dərmanın evdə, həkim nəzarəti olmadan istifadə edilməməsi haqda xəbərdarlıq edib.

Qeyd edək ki, Tramp ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənməsə də, xlorokin adlı dərmanın Covid-19-un müalicəsində təsirli olduğunu irəli sürüb.


Oxunma sayı: 15467

Oxşar yazılar