İranda 19 jurnalist koronavirusa yoluxdu - Hamısı bir media orqanının əməkdaşıdır

  • 23 Mar - 2020

İran radio və televiziya korporasiyasında çalışan 19 müxbirdə koronavirus aşkarlanıb. 

Avropa.info xəbər verir ki, bu haqda İran radio və televiziya korporasiyasının rəhbəri Mehrdad Seyyid Mehdi məlumat yayıb. Mehrdad Seyyid Mehdi əməkdaşlarına Allahdan şəfa diləyib. "Əməkdaşlarım seçki yorğunluğundan qurtulmadan, koronavirusla savaşın ön cəbhəsində idi. Dəfələrlə təhlükəli yerlərdə işləmişdilər. İRİB əməkdaşlarından koronavirusa yoluxmuş 19 dostumuza Allahdan şəfa diləyirəm" - Mehrdad Seyyid Mehdi belə deyib.Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi, Kovid-19 səbəbiylə 1812 nəfərin öldüyünü açıqlayıb.


Oxunma sayı: 3774

Oxşar yazılar