Ağcəbədidə 16 yaşlı oğlan polisi bıçaqladı

  • 15:12 - 23 Mart

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, Ağcəbədi rayon polis şöbəsinin əməkdaşı Qürbətov Nadim Nadir oğlu həmyerlisi, 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. 

N.Qürbətov Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov Ağcabədi rayon Dairə Seçki Komissiyasının sədridir.


Oxunma sayı: 6568

Oxşar yazılar