AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

  • 23 Mar - 2020

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avropa.info-ya verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat həcmində vəsaiti Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.


Oxunma sayı: 2069

Oxşar yazılar