Tokio Olimpiadası təxirə salına bilər

  • 13:12 - 23 Mart

Yaponiyanın baş naziri Şinzo Abe Beynəlxalq Olimpiya Komitəsinin qərarından asılı olaraq ölkəsinin 2020-ci il Tokio Olimpiadasının təxirə salınmasını qəbul edəcəyini deyib.

Bu barədə Şinzo Abe Parlamentin Yuxarı Palatasının Büdcə Komitəsinin görüşündə bildirirb. "Yayda keçirilməsi nəzərdə tutulan yay olimpiya oyunlarını tam formatda keçirmək mümkün olmadığı halda bu oyunları təxirə salmaqdan başqa çarəmiz olmayacaq", -deyə baş nazir qeyd edib.

Baş nazir deyib ki, oyunları ləvğ etmək ölkənin seçimləri siyahısında yoxdur: "Düşünürəm ki, Beynəlxlaq Olimpiya Komitəsi də bu mənada bizimlə həmfikirdir".

"Tokio 2020" Olimpiya Oyunları Komitəsinin rəhbəri Yoşiro Mori oyunların 4 həftə müddətinə təxirə salınmasının düşünülən ssenarilər arasında olduğunu bildirib. Lakin o, oyunların ləvğ edlməyəcəyini vurğulayıb.


Oxunma sayı: 7393

Oxşar yazılar