Əfsanəvi futbolçu Paolo Maldini və oğlu koronavirusa yoluxdu

  • 22 Mar - 2020

İtaliya Birinci Futbol Liqası (Seria A) klublarından Milan, məşqçi heyətində çıxış edən Paolo Maldini ilə gənc komandada oynayan oğlu Daniel Maldinidə Covid-19 testlərinin pozitiv çıxdığını bildirdi. 

Avropa.info xəbər verir ki, qırmızı-qaralı klubun verdiyi açıqlamada, baş məşqçi heyətində yer alan köhnə əfsanəvi futbolçu Paolo Maldininin koronavirus göstəriciləri olan bir adamla təmasda olduğu doğrulandı və edilən testin pozitiv çıxdığı bildirildi.

 Paolo Maldininin Milanın gənc komandasında çıxış edən oğlu Daniel Maldininin də testinin pozitiv çıxdığı bildirildi. Edilən açıqlamada, ata-oğul hər ikisinin vəziyyətlərinin yaxşı olduğu, iki həftədir özlərini izolyasiya etdikləri və heç kimlə təmas halında olmadıqları ifadə edildi. Hər ikisinin də səhiyyə mütəxəssisləri tərəfindən təyin edilən tibbi məsləhətlərə görə yaxşılaşana qədər karantinada qalacaqları bildirildi. Seria A Birliyi də Tvitter hesabından etdiyi paylaşımda, "Mücadilə etməyə və mühüm oyunlarda qalib gəlməyə öyrəşmiş bir ailə. Haydı! Paolo və Daniel." ifadəsiylə Maldini ailəsinə öz dəstəklərini bildirdi. İtaliya "Seria A" klublarından Yuventusda, Daniele Rugani, Blaise Matuidi, Paulo Dybala başqa, Sampdoriya klubunda, Manolo Gabbiadini, Omar Colley, Antonino La Gumina, Bartosz Bereszynzky, Morten Thorsby, Albin Ekdal və Fabio Depaoli, Fiorentinada da Dusan Vlahovic, Patrcik Cutrone və German Pezzellada koronavirusun aşkarlandığı açıqlanmışdı. 

Hazırladı: Tunar Suleymanli/AVROPA.info


Oxunma sayı: 3235

Oxşar yazılar