COVID-19: bir sutkada 32 min yeni yoluxma və 1344 ölüm halı qeydə alınıb

  • 10:20 - 22 Mart

Dünyada COVID-19 virusuna yoluxanların sayı 266 minə çatıb, 11 min 184 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının martın 21-nə olan məlumatına görə, sutka ərzində 32 min yeni yoluxma və 1300-dən çox ölüm faktı qeydə alınıb.

Ölümlə nəticələnən yoluxma hallarının sayına görə Avropa birinci yerdədir – 6 min nəfər (sutka ərzində 1101). Amerikada 18 877 yoluxma və 234 ölüm halı baş verib. Hələlik ən az yoluxanlar Afrikada və Cənub-Şərqi Asiyadadır – müvafiq olaraq 572 (12 ölüm) və 979 (38 ölüm).
 


Oxunma sayı: 7690

Oxşar yazılar