Bioloji müharibə ? - Yəhudi yazıçı koronovirus haqda 15 il öncə yazdığı kitabda xəbər veribmiş (Foto)

  • 05:55 - 22 Mart

Twitter'də yayımlanan bir video ilə ortaya atılan son iddiada atası yəhudi olan Sylvia Brovne adlı amerikalı bir yazıçının "Kəhanətlər" (kitabın türkcə tərcüməsi mövcuddur) kitabında Koronavirus epidemiyası barədə 15 il əvvəl yazması böyük bir marağa səbəb olub. 

Avropa.info xəbər verir ki, Brovnenin bu kitabında koronavirus epidemiyasına işarə etməsi böyük suallara səbəb olub.

Kitabı oxuyanlar koronovirus epidemiyasının bioloji müharibə ehtimalı olduğu haqda fikir yürüdürlər.  

Koronavirus dünyada narahatçılığa səbəb olmağa davam edərkən ortaya bir çox iddialar atıldı. Twitterədə yayımlanan bir video ilə ortaya atılan sonuncu iddia isə, atası  yəhudi, anası isə bir protestant olan amerikalı yazıçı Sylvia Brovnenin "Kəhanətlər" adlı əsərində tapıldı. Sylvia Brovnenin "Kəhanətlər" kitabında yer alan o ifadələr görənləri təəccüb içərisində buraxdı. Əsərdə diqqətləri öz üzərinə çəkən hissə isə, yazıçının tamamilə bu zamanı qəsd edərək dilə gətirdiyi bir virusdan bəhs etməsi oldu. Kitabı oxuyanların koronavirusun qəsd edildiyini düşündükləri hissədə yazıçı şokedici ifadələrdən istifadə etmişdir.

"Kəhanətlə"r kitabında olan şokedici ifadə:

"2020-ci illərdə ağciyərlərə və bronxlara ciddi şəkildə təsir edən, müalicəyə qarşı isə güclü dirəniş göstərən sətəlcəmə bənzəyən bir xəstəliyin yayılması səbəbilə ətrafda əməliyyat maskaları və rezin əlcəklərlə gəzən daha çox insan görəcəyik. Xəstəlik haqqında fikirləri qarışdıran şey isə, bir qış boyunca böyük bir panikaya səbəb olduqdan sonra, on il içərisində həm səbəbini, həm də müalicəsini yaddaşlarda saxlayaraq, ortadan yox olması olacaq."

ETlZOanXgAIfKaN

Sylvia Brovne kimdir?

Atası yəhudi və anası protestant olan bir yazıçıdır. Onun Amerika hüquq mühafizə orqanları ilə münasibətləri olduğu bildirilir. 

Avropa.info


Oxunma sayı: 68619

Oxşar yazılar