"Real Madrid" futbol klubunun keçmiş prezidenti koronovirusdan öldü

  • 01:43 - 22 Mart

İspaniya La Ligasının komandalarından biri olan "Real Madrid" in keçmiş prezidenti Lorenzo Sanz yeni növ koronavirus (Kovid-19) epidemiyasından ölüb. 

Avropa.info xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərlərə görə, bir həftə öncə yeni bir növ koronavirus xəstəliyinə tutulduqdan sonra reanimasiyaya yerləşdirilən Sanz 76 yaşında həyatını itirib.

1995-2000-ci illər arasında "Real Madrid"də prezident vəzifəsini icra edən Sanz, böyrək xəstəliyi və diabet xəstəliyindən də əziyyət çəkirdi.  


Oxunma sayı: 9274

Oxşar yazılar