"Gilan Holding" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

  • 22:25 - 21 Mart

"Gilan Holding" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 manat yardım vəsaiti ayırıb.

Şirkətdən Avropa.info-ya verilən məlumata görə, bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, "Gilan Holding" və tərkibində olan şirkətlər koronavirusla mübarizə və yayılmasının qarşısını almaq məqsədilə fevral ayından müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər:

Mümkün olan yerlərdə “evdən iş” rejiminə keçirilib, iclaslar video konfrans vasitəsilə onlayn həyata keçirilir.

İşçilərin və müştərilərin sağlamlığını prioritet tutaraq, evdən işləməsi mümkün olmayan yerlərdə SƏTƏM şöbəsi tərəfindən işçi heyəti və ofislərdə, istehsal sahələrində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, təlimatlar hazırlanaraq, beynəlxalq standartlara uyğun olaraq dezinfeksiya işləri aparılıb.

 

 

"Gilan Holding" daxilində operativ qərargah yaradılaraq, dövlət qurumları ilə birgə ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirləri davam etdirəcək.

Daha öncə qeyd edildiyi kimi, artıq “Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilib. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.


Oxunma sayı: 3400

Oxşar yazılar