Putinin Salmanla neft müharibəsindəki planı məlum oldu - Heç bir halda geri çəkilməyəcək..

  • 17:35 - 21 Mart

Rusiya Səudiyyə Ərəbistanının başladığı şantaja boyun əyməyəcək və Ər-Riyadın neft qiymətlərini çökdürməsi qarşısında  geri çəkilməyəcək.

Virtualaz.org bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Rusiya üçün itki nə olursa olsun, ilk güzəşt prezident Vladimir Putin tərəfindən olmayacaq. Hökümətin planları ilə tanış olan mənbələr iddia edirlər ki, hətta bir barrel neftin qiyməti 20 dollardan aşağı olsa da, Rusiya hökuməti mövqelərini dəyişməyə məcbur edilməyəcək.

Kremldə əmindirlər ki, onlar neft müharibəsində qalib gələ biləcəklər, çünki əvvəlcədən bunun üçün kifayət qədər ehtiyat yaratmışdılar. Moskva Ər-Riyadın bu şəkildə cavab verəcəyini gözləmirdi və neft bazarının çökməsindən xoşagəlməz halda təəccübləndi, amma yenə də bunun Səudiyyə Ərəbistanı və tərəfdaşlarından daha uzun sürəcəyinə inanır.

“Bloomberg” qeyd edir ki, krallıq Rusiyanın hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəlikləri pozmasına dözürdü. Amma Moskvanın hasilatın daha da azaldılmasına dair təklifə qarşı çıxması Ər-Riyadə bərk qəzəbləndirdi.

Kremlin sözçüsü Dmitri Peskov isə Səudiyyə Ərəbistanı ilə neft müharibəsinin mövcudluğunu qəbl etmir, qiymətlərin azalmasını dünyadakı mənfi tendensiyalarla izah edib və müvəqqəti adlandırıb. O, həmçinin neft qiymətinin çökdürülməsi əlaqədar ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalar tətbiq etməsi barədə xəbərləri "rusfobiya" təzahürü adlandırıb.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun neft bazarındakı vəziyyətə müdaxilə etməyə hazır olduğunu demişdi. Ağ Evdəki mənbələr bazardakı vəziyyətə görə Səudiyyə Ərəbistanının rolunu xatırladaraq bu ölkə ilə diplomatik danışıqlar aparmağa çalışacaqlarını iddia edirlər. Lakin Tramp administrasiyasının üzvləri Rusiyaya münasibətdə güc mövqeyindən, yəni sanksiyalar yolu ilə hərəkət etməyə çalışacaqlar. ABŞ-ın hərəkətləri fonunda neftin qiyməti yenidən artdı və martın 20-də bir barrel üçün 30 dollar ətrafında dəyişirdi. Amma çox keçmədən tənəzzül bərpa edildi və qiymət 27 dollara qədər gerilədi.


Oxunma sayı: 7052

Oxşar yazılar