Koronovirusu qrip və alergiyadan fərqləndirən ən mühüm fərq - Prof. Dr. Esin Şenol açıqladı

  • 16:18 - 21 Mart

Koronavirus, bəzi hallarda qrip, soyuqdəymə və allergiya xəstəlikləri ilə qarışdırılır. 

Avropa.info xəbər verir ki, Türkiyəli həkim, Prof. Dr. Esin Şenol Anadolu Agentliyinə verdiyi açıqlamada koronavirusu digər xəstəliklərdən fərqləndirən ən əhəmiyyətli fərqin nəfəs darlığı olduğu deyib. 

Kovid-19-nun hələ də soyuq havanın hökm sürdüyü bir mövsümdə üzə çıxdığına diqqət çəkən Şenol, qış mövsümündə qızdırma, boğaz ağrısı, burun axması və öskürək ilə müşayiət olunan bir qrup xəstəlik olduğunu xatırladıb. "Allergiya istisna olmaqla yüksək qızdırma və qrip koronovirusda da rast gəlinən hallardır. Ösgürək, baş, boğaz ağrısı adi qripdə də rast gəlinir. Allergiya birdən başlamaz, əlamətləri və simptomlar uzun müddət davam edir. Allergiyada hərarət yoxdur, öskürək var. Allergiyada asqırma, qızartı və qaşınma müşahidə olunur. Eynilə soyuq dəymədə də asqırma, gözlərdə qızartı, qaşınma olur. Soyuq dəymənin ən vacib əlaməti şiddətli burun axıntısıdır. Qrip xəstəliyində qızdırma və öskürək bu xəstəliyin bilinməsinə dəlalət edən ən vacib elementlərdir. Qrip və Kovid-19 simptomlarını ayırmaq insanlar üçün çətindir. Onların hər ikisində qəfil atəş, quru öskürək və halsızlıq var. Ən vacib fərq tənəffüs çətinliyinin (nəfəs darlığı) Kovid-19-da olarkən, bu halın qripdə baş verməməsidir. Ən vacib məqam odur ki, qripdə olan əlamət və simptomlar Kovid 19-da olmasına baxmayaraq, Kovid-19 əsla qrip deyil. Bunun üçün insanların bunları ayırması lazımdır. Alergiyanın əlamətləri, quru öskürək, asqırıq, gözlərin qızartısı, qaşınmadır. Qripin əlamətləri, qəfil qızdırma, quru ösgürək, baş ağrısı, boğaz ağrısı və zəiflikdir. Koronovirusun əlamətləri isə qəfil qızdırma, quru öskürək, zəiflik, nəfəs darlığıdır" - Esin Şenol belə deyib.


Oxunma sayı: 33188

Oxşar yazılar