Qərb "mədəniyyəti" və biz - Rəvan Şirvani yazır..

  • 20 Mar - 2020

Əlhəmdulillah “Qonşusu ac ikən tox yatan bizdən deyil” deyən bir mədəniyyətin insanlarıyıq! Mərhəmət, şövqət, paylaşma ərdəmlərinin nə qədər önəmli olduğunu elə məhz vəhşi kapitalizmin zirvədə olduğu zamanda görürük, yaşayırıq. O ballandırılan, sosial rifahı yüksək, qərb mədəniyyəti bir virusla “insanlıq” imtahanı keçə bilmədi və darmadağın oldu. - Yaşlı əhalisini gözdən çıxaran İngiltərə, - 70 yaşdan yuxarı insanları xəstəxanaya almayan və demək olar ki, səhiyyə sistemi çökən İtaliya, - Sosial sığorta”cənnəti” olduğu halda virus testi üçün 3000 dollar istəyən ABŞ, - “Kimə bulaşacaqsa bulaşsın, nəhayətində sağ qalanlarla yola davam” tərzi bəyanatıyla Almanya. İnsan olmanı “rifahla” və “ədalətlə” qiymətləndirən qərb mədəniyyəti daha yüksək ərdəm olan “mərhəməti” acizlik və güçsüzlük olaraq qəbul eləyərək, rədd elədi. Bu mədəniyyətdə yetişən hər bir fərd, hər bir seçimində “faydalıdır” ilkəsinə əsaslandı. “Dəyərlidir” ilkəsini həp muzeylərdə saxladı və sərgilədi. Loruca desək bir şey fərdə “fayda” verirsə seçilməlidir əksi yox. “Dəyərli” ilkəsi olmadığına görə “bayraq” onlar üçün bir parça, “vətən” torpaq parçası, xülasə “ailə”, “ana”,”ata” əyləncə və həzz üçün fərdi peydahlayan mini təşkilat! Bu gün, insani və vicdani yöndən nə qədər də önəmli və dəyərli bir mədəniyyətin fərdi olduğumuz üçün Allaha həmd eləyin möhtərəmlər. Mədəniyyət tariximizdə Naqasaki, Xroşima, kölə ticarəti, ölkələri istismar, xalqların dil və kültürlərini dəyişmə təcrübəsi olmadığı üçün fəxr eləyin möhtərəmlər! Təkrar “əlhəmdulillah müsəlmanam” deyin möhtərəmlər!!

 

Rəvan Şirvani/AVROPA,İNFO


Oxunma sayı: 4038

Oxşar yazılar