ABŞ Konqresinin 2 üzvü koronovirusdan milyonlarla dollar pul əldə etdi - Məxfi məlumatlardan şəxsi biznes üçün yararlandılar

  • 19:55 - 20 Mart

ABŞ Konqresinin iki üzvünün yeni tip koronavirus (Kovid-19) səbəbiylə maliyyə bazarlarında çöküş başlamadan öncə, vəzifələrindən istifadə edərək milyonlarla dollar qazanc əldə etdikləri üzə çıxıb.

Avropa.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Corciya əyalətinin Respublikaçılar partiyasından olan senatoru Kelly Loeffler 24 yanvarda Senatın Səhiyyə Komitəsində koronavirusla əlaqədar iclasda iştirak edib.Loeffler, iclasda topladığı məlumatlar sayəsində səhmlərinin bir hissəsini satıb. Həyat yoldaşı Nyu York birjasının rəhbəri olan Loeffler, toplantı günü sahibi olduğu "Resideo Technologies" şirkətinə məxsus 50 min dollar və 100 min dollarlıq səhmləri satıb. Satışdan qısa müddət sonra koronovirusla əlaqədar olaraq şirkətin dəyəri 50 faizdən çox düşüb.Bundan əlavə, Loeffler səhimlərinin artacağını öncədən bildiyi "Citrix" şirkətindən 100 min və 250 min dollarlıq iki səhm alıb. Koronavirusdan sonra bu şirkətin səhmlərində ciddi artım olub.Loeffler vəzifəsinə başlayan zaman 500 milyon dollarlıq sərvəti ilə konqresin ən varlı üzvü olub."Vaşinqton Post" qəzetinin yazdığına görə, ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri, Respublikaçılar partiyasından Şimali Karolina senatoru Riçard Burr, vəzifəsifəsindən istifadə edərək, koronovirusla bağlı gizli məlumatlar alaraq, fevral ayının ortalarında özünə və həyat yoldaşına aid 628 min dollar ilə 1,72 milyon dollarlıq səhmləri satıb. Burr, maliyyə bazarında şöküş olacağını öncədən təxmin etdiyi üçün bu addımı atıb.Qeyd edək ki, konqres üzvlərinin əldə etdiyi məxfi məlumatlardan kommersiya fəaliyyətləri üçün istifadə etmələrini qadağan edən qanun 2012-ci ildə ABŞ Konqresində qəbul olunub. Burrbu qanunun əleyhinə səs verən üç senatordan biri idi.
 


Oxunma sayı: 11331

Oxşar yazılar